4 Nisan 2015 Cumartesi

Gündəlik rastlaşdığımız diaqramlar

Biz VI sinif şagirdləri Riyaziyyat fənnindən Diaqramlar layihəsi üzərində işlədik. Bu araşdırmalar üçün dərslikdən,əlavə materiallardan,internet saytlarınından istifadə etdik.Diaqramlar hayihəsini gündəlik qarşılaşdığımız problemlərlə, müxtəlif müqayisələrlə araşdırdıq. Layihəmizin əsas məqsədi məlumatların,proseslərin dəyişməsini xarakterizə etmək və bunu əyani şəkildə təsvir etməkdir. Layihəmizdə diaqram nədir?,Diaqramdan nə zaman istifadə olunduğunu araşdırdıq və beləliklə diaqramlardan müxtəlif sahələrdə istifadə olunduğunu gördük. Araşdırmalarımızdan gördük ki, diaqram verilənlərin qrafik formada təsviridir.Həmçinin diaqram obyektlərin böyükdən-kiçiyə,azdan-çoxa düzülüşündə,məlumatın dəyişməsini xarakterizə etdikdə, o cümlədən müqayisəsi mümkün olan məsələlərdə qurula bildiyini araşdırdıq.Bunlar üzrə araşdırmalarımızı davam etdiririk

Araşdırmaların nəticəsi olaraq biz diaqramların hər 3 növünə uyğun müxtəlif məsələlərə baxdıq.Biz bu layihəni 3 qrupa bölünməklə araşdırdıq.Diaqramın hər üç növünü müxtəlif məsələlərdə təhlil etdik.Əvvəl biz   Hər dərs ilinin sonunda öyrəndiyimiz bəzi fənlərin keyfiyyət faizini sutunlu diaqram vasitəsilə qurduq.


Eyni zamanda Diaqramın bu növünə uyğun digər məsələlərə də baxdıq.Buna misal olaraq Azərbaycan Respublikasının həmsərhəd olduğu 5 ölkələrin sərhədlərinin uzunluğunu sütunlu diaqram şəklində qurduq.

Əyani olaraq gördük ki, Azərbaycan Respublikasına ən yaxın ölkə Türkiyə Respublikasıdır.Daha sonra biz Diaqramın ikinci növünə, yəni verilənlərin qrafik şəklində təsvirinə uyğun araşdırmalarımızı apardıq. Yenə də bu asıllığı bəzi məsələlər üzərində qurduq. Bunlardan biri   bir həftədə səhər saat 8-dən axşam saat 20-yə qədər vaxta havanın temperaturunun necə dəyişməsini qrafik şəklində qurduq.


Hiç yorum yok:

Yorum Gönder